NATO-nun yeni müdafiə xərcləri hədəfi bu il müəyyən ediləcək


Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin liderləri Avropa İttifaqı Şurasının sədri Antonio Kostanın rəhbərliyi ilə Brüsseldəki Eqmont sarayında bir araya gələrək Avropanın müdafiəsinin gələcəyini müzakirə ediblər.

Turkustan.az xəbər verir ki, AB-nin ilk müdafiə zirvə toplantısına dəvət edilən Rutte, girişdə mətbuat mənsublarına açıqlama verib.

Rutte bildirib ki, NATO-nun üzv ölkələrin ÜDM-nin 2 faizini müdafiə xərclərinə ayırmaq hədəfi bu il yenidən müəyyən ediləcək.

Yeni öhdəliyin indiki öhdəlikdən "əhəmiyyətli dərəcədə" daha yüksək olacağını vurğulayan Rutte, "Hazırda hər bir müttəfiq üçün olduğumuz yer və harada olmamız lazım olduğu arasındakı boşluqları qiymətləndiririk və buna əsaslanaraq qabiliyyət hədəfini müəyyən edəcəyik. Həm buna, həm də arzu olunan nisbətə əsaslanaraq, xərcləmə öhdəliyinə qərar verəcəyik"-deyə, bildirib.

Görüşdə liderlərlə Avropanın müdafiəsini gücləndirmək yollarını müzakirə edəcəklərini söyləyən Rutte, "Müdafiə xərclərimizi və istehsalımızı artırmalıyıq" deyib.

Hazırda NATO-nun “2 faiz hədəfi” Aİ-nin 23 üzvü tərəfindən yerinə yetirilsə də, bir çox ölkələr bu standartı yerinə yetirə bilmir. Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp NATO ölkələrinin ÜDM-nin 5 faizini müdafiəyə sərf etmələrini istəyir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ