İsrail işğal etdiyi Qolan təpələrində yeni hərbi bazalar tikir


Amerikanın “Washington Post” (WP) qəzeti Suriyadakı mövcudluğunun müvəqqəti olduğunu iddia edən İsrailin işğal etdiyi Qolan təpələrində iki yeni hərbi baza inşa etdiyini yazıb.

Turkustan.az xəbər verir ki, WP peyk görüntüləri və ekspertlərin rəylərinə əsaslanan hesabat dərc edərək, İsrailin işğal altındakı Qolan təpələrində hərbi genişlənmə fəaliyyətinin sübuta yetirildiyini göstərir.

Yerli sakinləri narahat edən hər iki baza İsrailin 1967-ci ildən işğal etdiyi Qolan təpələrindəki ərazilərlə yeni torpaq yollarla birləşir.

Birinci bazadan bir neçə kilometr cənubda təmizlənmiş ərazini görmək olar, WP-yə danışan ekspertlər bunu "üçüncü hərbi baza" kimi şərh etdilər. Bu iki baza və təmizlənmiş torpaq 1974-cü ildə imzalanmış Qoşunların Çıxarılması Müqaviləsi ilə bufer zona və demilitarizasiya zonası kimi müəyyən edilmiş ərazidə yerləşir.

Peyk görüntüləri həmçinin bufer zonası ilə Quneytra əyalətindən təxminən 16 kilometr cənubda yerləşən Kodana kəndi arasında yeni yolu göstərir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ