Ukrayna “Su-27” qırıcısını itirib – 24 yaşlı pilot həlak olub


Bu gün Rusiya Müdafiə Nazirliyi Ukraynaya aid “Su-27” qırıcısının vurulduğu barədə məlumat yayıb. Lakin təyyarənin harada vurulduğu və hadisənin digər detalları açıqlanmayıb.

Turkustan.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin 831-ci taktiki aviasiya briqadasının yaydığı məlumata görə, döyüş tapşırığı zamanı Ukrayna Hərbi Hava Qüvvələrinin 24 yaşlı qırıcı pilotu, kapitan İvan Bolotov həlak olub. Belə görünür ki, söhbət Rusiyanın vurulduğunu bəyan etdiyi “Su-27”-dən və onun pilotundan gedir. Briqadanın qeyd etdiyi kimi, pilotun 24 yaşı olsa da, müharibə başlayan gündən hava döyüşlərində iştirak edib və kapitan rütbəsinə qədər yüksəlib.

/azpolitika.info/


MANŞET XƏBƏRLƏRİ