"Avropa Birliyi ABŞ-la mümkün ticarət müharibəsinə hazırlaşır və bu, Avropa mallarına gömrük rüsumları tətbiq edə bilər".
Turkustan.az xəbər verir ki, bunu Aİ xarici işlər naziri Kaja Kallas Brüsseldə keçirilən icmanın qeyri-rəsmi sammitinə gələrkən deyib.
"Biz diqqətlə qulaq asdıq və öz tərəfimizdən hazırlaşırıq. Amma açıq-aydındır ki, ticarət müharibəsində qalib yoxdur. Aİ və ABŞ ticarət müharibəsinə başlasa, sonda qalib gələn və güləcək olan yeganə ölkə Çin olacaq"-deyə, o bildirib.
Aytən Yaşar/ Turkustan.az