Suriyada 61 illik BƏƏS və 53 illik Əsəd rejiminin devrilməsindən sonra vəzifəyə başlayan Suriyanın müvəqqəti prezidenti Əhməd Şəra sabah Türkiyəyə gələcək.
Turkustan.az xəbər verir ki, Suriyada Əsəd rejiminin devrilməsindən sonra Türkiyə yeni administrasiya ilə kritik diplomatik təmaslarını davam etdirir. Bu çərçivədə Suriya prezidenti Əhməd Şəranın sabah Türkiyəyə gələcəyi xəbəri yayılıb. Əhməd Şara prezident Ərdoğanla görüşəcək.
Ərdoğan və Şara arasında Ankarada gözlənilən görüşün əsas məsələsi Suriyanın şimal-şərqində PKK/YPG birləşmələrinin olması, eləcə də təhlükəsizlik məsələlərinin olacağı gözlənilir.
Bildirək ki, Şəra xaricə ilk səfərini ötən gün Səudiyyə Ərəbistanına edib.
Digər tərəfdən, dekabrın 8-də rejimin devrilməsindən 5 gün sonra Suriyaya gedən MİT direktoru İbrahim Kalın yanvarın 26-da Suriyaya ikinci səfərini edib və Əhməd Şəra ilə görüşüb. Kalın xarici işlər naziri Şeybani və Suriya Kəşfiyyat Təşkilatının direktoru Enes Hattap ilə də görüşüb.
Aytən Yaşar/ Turkustan.az