Zelenski: Ukraynanı istisna edən danışıqlar çox təhlükəlidir


Ukrayna prezidenti Vladimir Zelenski müharibə bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski "Associated Press"-ə müsahibəsində müharibə ilə bağlı danışıqlara diqqət çəkib və Ukraynanın danışıqlardan kənarda qalmamalı olduğunu vurğulayıb.

Zelenski deyib ki, Ukraynanı Rusiya və ABŞ arasında müharibə ilə bağlı danışıqlardan kənarda saxlamaq çox təhlükəlidir və ABŞ ilə daha çox təmas qurulmalıdır. “Ola bilər ki, öz aralarında danışıqlar olsun, amma müharibə ilə bağlı danışıqlardan kənarda qalsaq, bu, çox təhlükəlidir”-deyə, Zelenski bildirib.

Sülh danışıqlarında Rusiya, ABŞ və Ukraynanın iştirak edəcəyini deyən Zelenski, sülh masasında Avropa Birliyinin də fikirlərinin səsləndirilməsinin vacibliyini bildirib.

Zelenski enerji və bank sistemlərinə tətbiq edilən sanksiyaların Rusiyanı sülhə məcbur etmək üçün çox faydalı olacağını iddia etsə də, eyni zamanda Ukraynanın hərbi gücünün gücləndirilməsinin vacibliyini vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ