Netanyahunun arvadı Saraya qarşı cinayət işi açıldı


Baş nazir Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahunun ərinin korrupsiya məhkəməsində əsas şahidə təzyiq göstərməsi şübhəsi ilə bağlı cinayət işi açılıb.

Turkustan.az xəbər verir ki, bu barədə İsrail Baş Prokurorluğu məlumat yayıb.

İstintaq İsrail parlamentinin deputatı Naama Laziminin Kanal 12 televiziyasında səsləndirilən iddiaları araşdırmaq tələbindən sonra başlayıb.

İsrailin baş prokuroru Qali Baharav-Miara, Sara Netanyahunun ərinin korrupsiya işində iştirakı, əsas şahidə təzyiq göstərməsi və ədalət mühakiməsinə mane olması iddiası ilə bağlı araşdırma aparılmasını istəyib.

Sara Netanyahuya qarşı iddialar kanalın Netanyahunun keçmiş köməkçisi Hanni Bleiweiss-in yazışmalarına əsaslanan reportajı ilə gündəmə gəlib.

Xəbərə görə, Bleiweiss və Sara arasındakı mesajlara əsaslanaraq, Sara Netanyahu ərinin korrupsiya işində əsas şahid və prokurorları qorxutmaq əmri verib.

Həmçinin bildirilib ki, sözügedən əsas şahid adları baş nazirin korrupsiya işində hallanan iki milyarderin keçmiş şəxsi köməkçisi Hadas Klein olub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ