HƏMAS bildirib ki, azadlığa çıxan fələstinli məhbusların ifadələri onların azadlığa çıxmazdan əvvəlki günlərdə və hətta son anlarına qədər pis rəftar və işgəncələrə məruz qaldıqlarını ortaya qoyub.
Turkustan.az xəbər verir ki, bəyanatda fələstinli məhbusların fiziki və psixoloji işgəncələrə, tibbi laqeydliyə, aclıq, susuzluğa və dərman çatışmazlığına məruz qaldığına diqqət çəkilərək, “Bu, işğalçı dövlət tərəfindən sistemli şəkildə həyata keçirilən tam hüquqlu bir müharibə cinayətidir və məhbuslarla bağlı beynəlxalq hüququn pozulmasıdır”-deyə, vurğulanıb.
Həmçinin açıqlamada Negev həbsxanasından təxliyə zamanı İsrailin fələstinli məhbuslara qarşı rəftarına Qırmızı Xaç Cəmiyyətinin reaksiyasına da toxunulub və bu cinayətlərin İsrailin beynəlxalq hüququ tanımamasının ən böyük göstəricisi olduğu bildirilib.
Aytən Yaşar/ Turkustan.az