Tramp: Ya Panama kanalını geri alacağıq, ya da...


Donald Tramp Endryus Birgə Bazasında jurnalistlərə açıqlama verib.

Turkustan.az xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubionun hazırda Panamada olduğunu bildirən Tramp Panama kanalının Çinə verilmədiyini, Çinin nəzarətində olduğunu iddia edib.

O, vəzifəyə gəldikdən sonra ilk çıxışında daha əvvəl gündəmə gətirdiyi "Panama kanalının geri alınması" məsələsinə də toxunaraq, "Biz Panama kanalını Çinə yox, Panamaya verdik və indi də geri alırıq”- deyə, bildirib.

Bildirək ki, Panama prezidenti Xose Raul Mulino Trampın sözlərinə yanvarın 20-də X-də dərc etdiyi açıqlamada, “Panama kanalı Panamaya məxsusdur və belə qalacaq” deyərək cavab verib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ