Putin rus ordusuna hədəf qoydu: O şəhəri tutun!


“Putin Ukrayna müharibəsini bitirməyə hazırlaşmır. Hazırda Rusiya hərbi komandanlığı yeni uzunmüddətli əməliyyatlar planlaşdırırlar”.

Turkustan.az xəbər verir ki, bu iddia ilə ABŞ Müharibə Tədqiqatları İnstitutu çıxış edib.

Məlumata görə, Rusiyanın yeni əməliyyatı 9 ay çəkə bilər. İnstitut Rusiyanın məqsədinin Xarkov vilayətinin Kupyansk şəhərini ələ keçirmək olduğunu söyləyib:

“Rusiyanın metodları göstərir ki, onlar yavaş-yavaş cəbhəboyu şəhərləri ələ keçirmək istəyirlər. Putin müharibəni bitirmək istəmir, çünki Rusiya komandanlığı yeni uzunmüddətli əməliyyat planlaşdırırlar”. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ