Makronun arvadı necə kişi çıxdı? - Özü itkin düşüb, qardaşı isə…


Xəbər verildiyi kimi, jurnalist Kendis Ouens Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun cinsiyyətini dəyişdirməsi ilə bağlı iddia səsləndirib.

Turkustan.az xəbər verir ki, jurnalist araşdırmanın ilk hissəsini dərc edib.

Onun sözlərinə görə, Makronun həyat yoldaşı əslində Bricitin şəxsiyyətini öz üzərinə götürmüş qardaşı Jan-Mişel Tronyedir.

Jurnalist iddia edir ki, Bricitin özü1961-ci ildə itkin düşüb. Araşdırma müəllifi qeyd edib ki, Fransanın birinci xanımının qardaşı ilə bir dənə də birgə şəkli yoxdur.

Jurnalist öz nəzəriyyəsinə sübut kimi özünü Veronika adlandıran transgenderin 1977-ci ildə çəkilmiş videoyazısını da göstərib.

“Veronikanın səs yazısının Bricitin səs yazısı ilə müqayisəsi onların eyni insan olduğunu göstərir. Mən bütün peşəkar reputasiyamı Bricit Makronun əslində kişi olması faktı üzərində qurardım”,-deyə jurnalist yazır.

O, həmçinin Yelisey Sarayının istintaqa görə onu təhdid etdiyindən şikayətlənib.

Ouensin özünə gəlincə, onun bir vaxtlar sağçı sui-qəsd nəzəriyyəçisi Aleks Consun “InfoWars” saytı ilə əməkdaşlıq etdiyi məlum olubO, sonradan “InfoWars”-ı və əlaqəli qrupları tənqiddən imtina etdi. Ouens eyni zamanda eynicinsli nikahları dəstəkləyir, silaha nəzarətə qarşı çıxır və qaradərili bir qadın olsa da “Black Lives Matter” Hərəkatını (“Qaraların Həyatı Önəmlidir” Hərəkatını) tənqid edir.

Onun yeni araşdırması üç il əvvəlki internet nəzəriyyələrini təkrarlayır.

Əvvəllər də Fransa liderinin həyat yoldaşı cinsiyyət dəyişikliyində şübhəli bilinirdi və 2021-ci ildən bu barədə sosial şəbəkələrdə aktiv şəkildə paylaşımlar edilir. Xüsusilə, bu şayiələrin müəllifləri Bricit Makronun Jan-Mişel Tronye kimi kişi adı daşıdığını iddia ediblər. Qeyd edilib ki, Tronye prezidentin xanımının qızlıq soyadıdır. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ