Ermənistanın paytaxtı İrəvanda “Qarabağ” mahnısı oxuyan azərbaycanlıların görüntüsünü paylaşan şəxsin həbsinə etiraz olaraq aksiya keçirilir.
Turkustan.az xəbər verir ki, bu barədə Teleqramın Ermənistan seqmentində məlumat paylaşılıb.
Bildirilir ki, görüntünü yayan Qərib Babayan adlı şəxsin haqsız yerə həbs edildiyini düşünən və azadlığa buraxılmasını tələb edən insanlar məhkəmə binasının qarşısına toplaşırlar.
Etirazçılar “Şimal-Cənub” magistral yolunu bağlayıblar.
İlkin məhkəmənin yaxın saatlarda başlayacağı deyilir. /globalinfo.az/