Amerikalı jurnalist Taker Karlson Ukrayna Prezidenti Vladimir Zelenskini ölkəsini satmaqda ittiham edib.
Turkustan.az xəbər verir ki, o, Ukrayna liderini “Qərbin qulluqçusu” adlandırıb.
“Zelenski o qədər də nüfuzlu deyil, çünki o, ölkəsini satmış Qərb güclərinin qulluqçusudur. Ukraynalılar onun (müharibədən sonra) varlandığını və ölkənin bütün rəhbərliyinin bunu etdiyini yaxşı bilirlər”, - Karlson deyib.
Jurnalistin iddiasına görə, Zelenski diktator tərifinə uyğundur.
Karlson əlavə edib ki, Ukraynaya edilən yardım ABŞ-nin milli maraqlarına zərər verir./teleqraf.com