5 ölkə Ermənistana qarşı birləşəcək – Bozoyandan ŞOK


“Regionun üç ölkəsindən yalnız Ermənistan dərin yuxudadır və böyük geosiyasi dəyişikliklər küləyini hiss etmir”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Yervand Bozoyan deyib.

Onun sözlərinə görə, Ermənistan bütün region ölkələrinin maraqlarına zidd siyasət həyata keçirir:

“Ermənistan hökuməti regiondan ayrılır. Sadəcə regional oyunçuların ziddiyətli maraqları müvəqqəti olaraq İrəvanı ciddi zərbədən qoruyur. Təəssüf ki, bu, keçici balansdır, çünki əgər Ermənistan mövcud siyasətini davam etdirərsə, region ölkələri bəyanat verəcəklər.Nəticədə bu, Ermənistana çox güclü zərbə olacaq”.

Bozoyan artıq dünyada fərqli tendensiyanın mövcud olduğunu bildirib:

“Tramp başa ABŞ-ın milli maraqlarını qoyub və eyni şey Avropada da müşahidə edilir. Dünya çoxqütblü sistemə irəliləyir. Çin, Rusiya və Hindistan alternativ qütb yaradırlar. Bu proses digər ölkələrə də toxunur. Türkiyə çalışır ABŞ və Rusiya arasında balansı saxlasın. Onun üçün önəmli olacaq türk dünyası və ərəb dünyasında təsirini gücləndirməkdir. Azərbaycan özünü türk dünyasının mərkəzi hesab edir və düşünür ki, Türkiyəni türk dilli xalqlarla birləşdirə bilər. Gürcüstan da bunu görür və çalışır ki, Çinin “Bir kəmər, bir yol layihəsi”ndən yararlansın. Ermənistan isə uğursuz coğrafi vəziyyətdədir. Onun Qara dənizə çıxışı yoxdur, onun dörd quru yolundan ikisi bağlıdır. Bu halda Paşinyanın siyasəti sadəcə avantürizmdir”./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ