Rusiya və Türkiyə arasında “Mir” ödəniş sisteminin bərpası ilə bağlı danışıqlar nəticəsiz başa çatıb.
Turkustan.az xəbər verir ki, bunu Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov “RİA Novosti”yə müsahibəsində deyib.
Onun sözlərinə görə, kartların blokdan çıxarılması üçün artıq perspektiv yoxdur və o, Türkiyəyə gedən Rusiya vətəndaşlarına nağd puldan istifadə etməyi tövsiyə edib.
Qeyd edək ki, 2024-cü ilin əvvəlindən Türkiyə bankları Rusiyanın ödəniş sistemlərindən imtina etməyə başlayıb. /axar.az/