“İrəvanın bu arzusu ürəyində qalacaq, ya da…” – Topornin


“Ermənistanın Avropa İttifaqına daxil olmaq yolunda addımlamaq şansı var. Lakin İrəvan hələ bu arzudan çox uzaqdır”.

Turkustan.az xəbər verir ki, bunu Avropa İnformasiya Mərkəzinin direktoru Nikolay Topornin deyib.

“Ermənistan Aİ-yə daxil ola bilməyəcək. Birincisi, onun heç bir statusu yoxdur. Aİ-yə üzv olmaq üçün rəsmi namizəd statusu almaq önəmlidir. Ermənistanın isə belə bir statusu yoxdur. Hökumət belə bir xüsusi status almaq üçün Brüssellə rəsmi əlaqə saxlamalıdır. Ona görə də, bu, ümumilikdə Aİ yolunda hərəkətin başlanğıcıdır. Lakin Ermənistan hakimiyyəti məsələyə ciddi yanaşsa, sonda belə status ala bilər”.

Nikolay Topornin həmçinin xatırladıb ki, İrəvan Avrasiya İqtisadi Birliyinin (Aİİ) bir hissəsidir. Odur ki, eyni vaxtda bu təşkilata və Avropa İttifaqına üzv olmaq mümkün deyil. Ona görə də, Ermənistan seçim etməli olacaq. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ