Prezident və AK Partiya sədri Rəcəb Tayyib Ərdoğan partiyasının Antalya İdman Salonunda keçirilən 8-ci Adi İl Qurultayında çıxış edib.
Turkustan.az xəbər verir ki, Prezident və AK Partiya sədri Rəcəb Tayyib Ərdoğan, "Boluda baş verən yanğına görə məsuliyyət daşıyan heç kəsə rəhm etməyəcəyik, hər hansı əskikliyi, səhvi, səhlənkarlığı, qüsuru olan hər kəsin cavab verməsini təmin edəcəyik"-deyə, bildirib.
"Təbii ki, ilk növbədə, 78 nəfərin həyatını itirdiyi Bolu Kartalkaya fəlakəti kimi hamımızı dərindən yaralayan faciələrin yenidən baş verməməsi üçün bütün lazımı addımların atılmasını təmin edəcəyik. Əgər problem varsa, Qazi Məclisimizin dəstəyi ilə həll edəcəyik. Milyonlarla insanımızın ruzi qapısı, Antalya kimi şəhərin ən böyük gəlir mənbəyi olan turizm sektorunun və Türkiyə iqtisadiyyatının tüstüsüz sənayesinin uğuru üçün sağlam düşüncə ilə problemlərimizə həll yolu axtaracağıq".
Aytən Yaşar/ Turkustan.az