Avropa İttifaqının beynəlxalq sanksiyalar üzrə xüsusi nümayəndəsi David O'Sullivan Rusiyaya qarşı 16-cı sanksiyalar paketinə hazırlıqların davam etdiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, O'Sullivan verdiyi açıqlamada: "Avropa İttifaqının Qazaxıstanın Rusiya Federasiyası ilə qanuni ticarət əlaqələrinə müdaxilə etmək və ya heç bir şəkildə maneə törətmək niyyəti yoxdur. Biz AB və G7 ölkələrində istehsal olunan və daxil olan məhsulların Qazaxıstan üzərindən Rusiyaya ixracının qarşısını almaq üçün buradayıq. Bu mövzuda Qazaxıstan rəsmiləri ilə əməkdaşlıqdan məmnunuq”-deyə, bildirib.
Aytən Yaşar/ Turkustan.az