ABŞ Suriyadan çıxacaqmı? - Trampdan maraqlı açıqlama


ABŞ prezidenti Tramp Ağ Evdə imzalanma mərasimindən sonra mətbuat mənsublarının cari məsələlərlə bağlı suallarını cavablandırıb.

Turkustan.az xəbər verir ki, ölkə başçısı,"İsrail mediasında ABŞ-ın Suriyadan qoşunlarını çıxaracağı ilə bağlı xəbərlər var. Bununla bağlı qərar qəbul etdinizmi?" sualına cavab verib.

O, ABŞ-ın Suriyada heç bir işi olmadığını bildirərək, "Suriya ilə bağlı qərar verəcəyik. Suriyanın öz problemləri var. Orada artıq kifayət qədər xaos var. Bizim oraya qarışmağa ehtiyacımız yoxdur"- deyə, bəyanat verib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ