Rusiya Təhlükəsizlik Şurasının sədr müavini xüsusi hərbi əməliyyatın qəhrəmanlarına qayğını dövlətin ən mühüm prioritetlərindən biri adlandırıb.
Turkustan.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının (TŞ) sədr müavini Dmitri Medvedev xüsusi hərbi əməliyyatın qəhrəmanlarına qayğını dövlətin ən mühüm prioritetlərindən biri kimi müəyyənləşdirib və bunun uzunmüddətli olacağını qeyd edib.
"Sankt-Peterburqdakı görüşdən əvvəl mən ən qədim ixtisaslaşdırılmış təhsil və tibb müəssisəmiz olan Hərbi Tibb Akademiyasında oldum, burada cəbhədə ağır yaralanan əsgərlər klinikada müalicə olunurlar. Burada onların sağlamlıqlarını bərpa etmək üçün hər şey edilir, yüksək ixtisaslı həkimlər və tibb işçiləri işləyir, lazımı avadanlıqlar mövcuddur. Qəhrəmanlara qayğı dövlətimizin ən mühüm prioritetlərindən biridir. Biz hamımız çox gözəl başa düşürük, bilirik ki, bu iş uzunmüddətli olacaq"-deyə, Təhlükəsizlik Şurasının sədr müavini vurğulayıb. .
Aytən Yaşar/ Turkustan.az