BMT: Qəzzada atəşkəs razılaşması təhlükə altındadır


UNRWA-nın kommunikasiya direktoru Touma bildirib ki, Təl-Əviv hökumətinin UNRWA-nın İsrail və işğal olunmuş Şərqi Qüdsdəki fəaliyyətini qadağan etmək qərarı Qəzzada yanvarın 19-da qüvvəyə minən atəşkəs razılaşmasının gələcəyini təhlükə altına sala bilər.

Turkustan.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) kommunikasiya direktoru Juliette Touma, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisinin həftəlik mətbuat konfransında açıqlamalar verib.

İsrailin UNRWA-nın Şərqi Qüdsdəki fəaliyyətini dayandırma qərarının qüvvəyə mindiyini xatırladan Touma, Agentliyin Qəzza və işğal olunmuş Fələstin ərazilərində həyat xilasetmə xidmətlərini davam etdirməkdə qərarlı olduğunu vurğulayıb.

Touma, İsrailin bu qərarı həyata keçirməsinin fələstinli qaçqınların həyatı və gələcəyi üçün fəlakətli nəticələrə səbəb olacağına diqqət çəkib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ