HƏMAS fevralın 1-də bu ölkələrin vətəndaşlarını azad edəcək


HƏMAS növbəti dəfə azad edəcəyi girovların adını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Fələstin HƏMAS hərəkatı fevralın 1-də İsrail vətəndaşı Yarden Bibası, Amerika pasportu sahibi Keyt Seqal və Fransa vətəndaşı Ofer Kalderonu azad edəcək.

Müvafiq bəyanatı HƏMAS-ın hərbi dəstəyi İzzəddin əl-Qəssam Briqadaları qrupunun nümayəndəsi Əbu Ubeydə Telegram kanalında dərc edib.

“İsrail ilə mübadilə razılaşmasının bir hissəsi olaraq fevralın 1-də növbəti məhbuasları azad etmək qərarına gəldik”-deyə, o yazıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ