"Suriyanın inkişafı üçün var gücümlə çalışacam".
Turkustan.az xəbər verir ki, Suriyanın yeni prezidenti Əhməd Şara 61 illik Baas və 53 illik Əsəd rejimini devirərək, keçid dövrünün prezidenti seçildikdən sonra xalqa ilk müraciətini edib.
Şəra çıxışına Suriya xalqını salamlayaraq, "54 gündür ki, Suriya on illərdir üzərimizdə olan zalım bir rejimin buxovlarından azad edilib. Dünyanın ən zalım idarə formalarından biri sona çatdı. Suriyada əvvəl Allahın lütfü, daha sonra içəridə və xaricdə gedən mübarizə ilə müstəqilliyə qovuşduq. Əməyi keçən hər kəsə təşəkkürlər"-deyə, bildirib.
Suriyalılarla birlikdə ölkə tarixində yeni bir səhifə açdıqlarını qeyd edən Şara, "Dünən siyasi prosesin irəliləməsini təmin etmək üçün hüquq mütəxəssisləri ilə geniş məsləhətləşmələrdən sonra ölkənin məsuliyyətini üzərimə götürdüm. Bu gün mən sizə bir hökmdar kimi yox, yaralı vətənimizə xidmət edən biri kimi bütün gücümlə, iradəmlə məmləkətin birliyini, inkişafını təmin etmək üçün çalışacağam deyə, müraciət edirəm" açıqlamasını edib.
Aytən Yaşar/ Turkustan.az