Rəsmi İrəvanın öz xarici siyasət vektorunu müstəqil müəyyən etmək hüququ var.
Turkustan.az-ın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə delə deyib.
XİN sözçüsü əlavə edib ki, bu, suveren dövlətin hüququdur. Lakin o, həddindən artıq siyasiləşdirmədən, ağa-qaraya bölmədən belə qərarların praktiki tərəfini nəzərdən keçirməyə çağırıb.
Mariya Zaxarova deyib ki, Ermənistana məxsus malları nə Avropada, nə də ABŞ-da gözləyən var:
“Gözləsəydik, onsuz da götürərdilər, razılaşmalısan. Problem nədir? Əgər bu qədər kömək etmək istəyirlərsə və mallar bu qədər əvəzolunmazdırsa, niyə götürmürlər? Onları indiyə qədər götürəcəkdilər!”
Zaxarova həmçinin bildirib ki, 2024-cü ildə Ermənistanın Avropa İttifaqı və ABŞ ilə ticarəti əhəmiyyətli dərəcədə azalıb, Rusiya ilə ticarət dövriyyəsindən təxminən 6 dəfə azdır. /Musavat.com/