Tramp Vaşinqtondakı təyyarə qəzasında Bayden və Obamanı günahlandırdı


Ağ Evin məlumatına görə, Tramp paytaxt yaxınlığında baş verən qəza ilə bağlı yazılı açıqlama verib.

Turkustan.az xəbər verir kii, ABŞ prezidenti Donald Tramp ABŞ-ın keçmiş prezidentləri Obama və Bayden administrasiyalarını hərbi helikopterin və sərnişin təyyarəsinin toqquşması və 67 nəfərin ölümü ilə nəticələnən qəza ilə əlaqədar Federal Aviasiya Administrasiyasında (FAA) keyfiyyətsiz şəkildə işə götürməkdə ittiham edib.

"Bu şok hadisə Obama və Bayden administrasiyaları dövründə Federal Aviasiya Administrasiyasında ləyaqət və səriştəni minimuma endirən problemli və ehtimal olunan qeyri-qanuni qərarların ardınca baş verdi"-deyə, Tramp bildirib.

Aytən Yaşar/ Turkustan.az



MANŞET XƏBƏRLƏRİ