ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin etdiyi Stiv Vitkoff İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşdükdən sonra Qəzzaya gedib.
Turkustan.az xəbər verir ki,Qəzzanı tədqiq edən Vitkoff, Qəzza yaşayış üçün yararsızdır deyib. Steve Vitkoff Dohada keçirilən atəşkəs danışıqlarında iştirak edib və məhbus mübadiləsi razılaşmasında təsirli olub.
Vitkoff Qəzzada apardığı müşahidələr haqqında, "Onlar düşünürlər ki, 5 il ərzində möhkəm bir plan hazırlaya bilərlər, lakin bu mümkün deyil. Qəzzanı yenidən qurmaq üçün 10-15 il lazım olacaq. Burada nə elektrik, nə su var"-deyə, bildirib.
Aytən Yaşar/ Turkustan.az