Homsda Əsəd rejiminin daha bir narkotik anbarı üzə çıxdı - FOTOLAR


Suriyada 61 illik Baas rejiminin devrilməsindən sonra ölkədəki narkotik istehsal mərkəzləri və anbarlar üzə çıxarılır.

Turkustan.az xəbər verir ki, məlumat aldıqdan sonra hərəkətə keçən müvəqqəti hökumətə bağlı bölmələr Homs vilayətinin Zehra məhəlləsində narkotiklərin istehsal olunduğu və qablaşdırıldığı daha bir anbar aşkarlayıb.

AA qrupu anbara baxış keçirib. Qeydlər anbarda Captagon tipli dərmanların olduğunu göstərir.

Devrilmiş rejim ən böyük gəlir mənbələrindən biri olan narkotik ticarətindən milyardlarla dollar qazanıb.

Maher Əsədin rəhbərlik etdiyi narkotik istehsalı və qaçaqmalçılıq şəbəkəsi Suriyada istehsal olunan maddələri əsasən Livandan keçməklə region ölkələrinə və dünya ölkələrinə daşıyıb.

Britaniya hökumətinin hesablamalarına görə, Əsəd kaptaqonda qlobal istehsalın 80 faizinə cavabdeh idi. Qlobal kaptaqon ticarətinin illik dəyərinin 10 milyard dollar civarında olduğu, devrilmiş Əsəd ailəsinin illik gəlirinin isə 2,4 milyard dollara yaxın olduğu təxmin edilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ