Çində inşa edilən yeni hərbi komanda mərkəzi artıq 6 km²-dən çox ərazini əhatə edir.
Turkustan.az xəbər verir ki, bu barədə məlumatı "Financial Times" yayıb.
Kompleksin daxilində ölkənin ali rəhbərliyi üçün bunkerlər yerləşəcək. ABŞ kəşfiyyatı bu obyektə ciddi nəzarət edir və onu “Pekin hərbi şəhərciyi” adlandırır.
Sabiq Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) analitiki Dennis Uaylder hesab edir ki, bu tikinti Çinin irimiqyaslı nüvə potensialı yaratmaq niyyətindən xəbər verir. Çinli tədqiqatçılar da təsdiqləyirlər ki, obyekt güclü beton möhkəmləndirmələr və dərin tunellərlə inşa edilir. Onun əsas məqsədi qlobal fəlakətə tab gətirməkdir. /Musavat.com/