Çeçenistan lideri Ramzan Kadırovun Yeni il bayramından sonra informasiya meydanından yoxa çıxması və rəsmi tədbirlərdə görünməməsi ilə bağlı internetdə yayılan məlumat “bədxahların” və “təxribatçıların” uydurmasıdır.
Turkustan.az xəbər verir ki, bu barədə ölkənin milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev növbəti açıqlamasında bildirib.
Onun sözlərinə görə, Çeçenistan artıq bu cür “iynələrə” öyrəşib.
Dudayev bildirib ki, ilin əvvəlindən Kadırov bütün məsələləri şəxsi nəzarətində saxlamaqla fəal şəkildə fəaliyyətini davam etdirir.
Eyni zamanda Dudayev Çeçenistan rəhbərinin yanvarın 13-dən rəsmən məzuniyyətə getdiyini açıqlayıb.
Dudayevin sözlərinə görə, müvafiq sərəncam onun saytında dərc olunub. Kadırov bu dövrdə respublikanın rəhbəri vəzifəsini Çeçenistan hökumətinin sədri Maqomed Daudova həvalə edib. /bakivaxti.az/