Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas Rusiyanın Avropaya mümkün hücumu ilə bağlı açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, Kallas açıqlamasında: “Milli kəşfiyyat xidmətlərimiz deyir ki, Rusiya 2028-ci ilə qədər hücum edə bilər”-deyə, bildirib.
İddiasını Avropa milli kəşfiyyat orqanlarına əsaslandıran Kallas, “Milli kəşfiyyat xidmətlərimiz deyir ki, Rusiya 3-5 il ərzində Avropanın müdafiəsini sınaqdan keçirə bilər”. Avropa Birliyi ölkələrinin müdafiəyə sərmayə qoyması lazım olduğunu bildirən Kallas, bu yolla Rusiyanı çəkindirə biləcəklərini ifadə edib.
Aytən Yaşar/ Turkustan.az