ABŞ prezidenti Tramp bu gün imzaladığı fərmanla “Amerikada antisemitizmlə mübarizə” istiqamətində mübahisəli addım atıb.
Turkustan.az xəbər verir ki, Tramp 2019-cu ildə imzaladığı antisemitizmlə mübarizə haqqında prezidentin fərmanına əlavə olaraq yeni tədbirlərin əlavə edilməsi haqqında fərman imzaladığını açıqlayıb.
Sözügedən fərman ABŞ-da Fələstinə dəstək verən və bu çərçivədə müxtəlif nümayişlərə qatılan tələbələrin deportasiya edilməsinə qapı açır.
Bu sərəncamda 2023-cü il oktyabrın 7-də HƏMAS hücumlarına toxunan Tramp ABŞ-da kampuslarda yəhudi tələbələrə qarşı ayrı-seçkiliyin və təhdidlərin artdığını müdafiə edərək, buna səssiz qalmayacaqlarını bildirib.
İsrailin Qəzzadakı soyqırımına reaksiya vermək üçün universitet şəhərciyində aylarla davam edən nümayişlərə dolayısı ilə işarə edən Tramp fərmanında qeyd edib ki, “antisemitizmlə şiddətlə mübarizə aparılacaq, bütün mövcud və müvafiq hüquqi vasitələrdən istifadə ediləcək, antisemitizmi törədənlər təqib və zorakılığa görə cavab verəcək”.
Fərmana əsasən, Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi və Daxili Təhlükəsizlik Nazirliyi antisemitizm aksiyalarında iştirak edən əcnəbi tələbələrlə bağlı hesabatların hazırlanmasında birgə fəaliyyət göstərə və belə əcnəbilərin “zəruri hallarda” ölkədən çıxarılması üçün tədbirlər görə biləcəklər.
Mətndə həmçinin ABŞ qanununun təhlükəsizlik səbəbi ilə xarici vətəndaşların ABŞ-a girişinin qarşısının alına biləcəyini bildirən bir hissəsinə də istinad edilir.
Bildirək ki, İsrailin Qəzzada soyqırımı davam edərkən, minlərlə tələbə ABŞ kampuslarında aylarca dinc nümayişlər keçirərək, İsraili və qeyd-şərtsiz dəstək verən ABŞ rəhbərliyini hədəf alıb.
Aytən Yaşar/ Turkustan.az