İsrail ordusu Qəzzanın bəzi bölgələrində HƏMAS ilə əldə olunan atəşkəs razılaşmasını pozduğunu etiraf edib.
Turkustan.az xəbər verir ki, ordu Qəzza zolağının bəzi bölgələrində fələstinliləri və bir avtomobili atəşə tutaraq, HƏMAS ilə son saatlarda əldə olunan atəşkəs razılaşmasını pozduğunu, onların qüvvələrinə "təhlükə törətdiklərini" iddia edərək etiraf edib.
Ordunun X platformasında verdiyi açıqlamada mövzu ilə bağlı məlumat verilib.
Açıqlamada, ordu qüvvələrinin son saatlarda Qəzzanın bəzi bölgələrində "ordu qüvvələrinə doğru irəliləyən və onlara təhlükə yaradan şübhəliləri uzaqlaşdırmaq" iddiası ilə fasilələrlə atəş açdığı bildirilib.
Aytən Yaşar/ Turkustan.az