Vaşinqton səmasında helikopterlə təyyarənin toqquşması ilə bağlı nə məlumdur?


Yanvarın 30-da səhər Vaşinqtonda Ronald Reyqan hava limanı yaxınlığında helikopter və sərnişin təyyarəsi toqquşub .

Turkustan.az xəbər verir ki, “The Washington Post”un məlumatına görə, insident nəticəsində ölənlər olub .

Hadisədən sonra xilasedicilər Potomak çayında insanların axtarışına başlayıb .
NBC televiziyasının məlumatına görə, 4 nəfər tapılaraq xəstəxanaya yerləşdirilib.
Öz növbəsində CNN xəbər verir ki, 1,5 saatlıq axtarışlardan sonra sağ qalanları tapmaq mümkün olmayıb.
BNO News-a görə, Potomak çayından ən azı 19 cəsəd çıxarılıb.

ABŞ hakimiyyətinin hərəkətləri
ABŞ prezidenti Donald Tramp artıq insidentlə bağlı məlumatlandırılıb. O, hadisəni faciəvi qəza adlandırıb .
ABŞ Daxili Təhlükəsizlik Naziri Kristi Noem deyib ki, departament axtarış-xilasetmə işləri aparmaq üçün Sahil Mühafizəsindən istifadə edəcək.
Dalğıclar axtarışlara qatılıb, bu barədə əyalət qubernatoru Ues Mur deyib.
Pentaqonun rəhbəri Pit Heqset deyib ki, departament vəziyyəti fəal şəkildə izləyir və lazım gələrsə yardım göstərməyə hazırdır.
FTB qəzaya cinayət və ya terror səbəb olmadığını bildirib .

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ