Paşinyanın erməni xalqının tarixinə yenidən baxılması ilə bağlı bəyanatları Ankaranın irəli sürdüyü Ermənistan-Türkiyə münasibətlərinin normallaşması şərtləri ilə tamamilə üst-üstə düşür.
Turkustan.az xəbər verir ki, bunu türkoloq Ruben Melkonyan deyib.
O bildirib ki, Türkiyənin Ermənistan tərəfinə irəli sürdüyü əsas 3 şərt məlumdur.
“Bura Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması, Qarabağ məsələsinin bağlanması, Qars müqaviləsinin tanınması və qondarma “soyqırım” mövzusunun beynəlxalq səviyyədə tanınması prosesinin dayandırılması daxildir. Bütün bu şərtlər konseptual olaraq Ermənistan hakimiyyəti tərəfindən tam şəkildə qəbul edilib. Baş nazir Paşinyan və komandasının üzvlərinin indi etdikləri Türkiyənin şərtləri ilə razılaşdıqlarının əməli təzahürüdür. Türkiyənin tələblərinin qarşılanması prosesi hələ 2018-ci ildə başlayıb.”, – Melkonyan vurğulayıb. /globalinfo.az/