“Sistemi məhv etdiniz, çökməyə hazırlaşın!” – Pipoyan


“Bir gün əvvəl İrəvan şəhər rəhbərliyi deyirdi: Biz geri addım ata bilmərik, əks halda sistemi məhv edəcəyik və çökmə baş verəcək. Amma ertəsi gün eyni addım atdılar”.

Turkustan.azxəbər verir ki, bunu “Məlumatlı və Qorunan İstehlakçı” ictimai birliyinin sədri Babken Pipoyan Ermənistan paytaxtındakı marşrut qiymətlərindən danışarkən deyib.

“Siz sistemi məhv edirsiniz, çökməyə hazırlaşın! Şəhər rəhbərliyi indi elə paketləri reklam edəcəklər ki, insanlarda gediş haqqının 80 dram olacağı təəssüratı yaranacaq. Üstəlik, bunu elə təqdim edəcəklər ki, sanki hər şey belə olmalıdır. İndi deyirlər ki, aylıq paket alan hədiyyə olaraq daha bir ay səyahət qazanacaq. Bu görünməmiş aksiyadır. Bələdiyyə meri etirazların təşkilatçısını çevrilir”, – deyə Pipoyan istehzalı fikirlərini tamamlayıb. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ