İran: Trampdan danışıqların başlaması ilə bağlı mesaj yoxdur


İranın xarici işlər naziri Abbas Erakçi ABŞ prezidenti Donald Trampdan hər hansı mesaj almadıqlarını bildirib.

Turkustan.az xəbər verir ki, İran Tələbə Xəbər Agentliyinin (SNN) məlumatına görə, Erakçi Nazirlər Kabinetinin iclasından sonra gündəmlə bağlı sualları cavablandırıb.

Erakçi, "Bizə ABŞ prezidenti Donald Trampdan danışıqların bərpası ilə bağlı heç bir mesaj çatmayıb"-deyə, bildirib.

Avropa ölkələri ilə danışıqların davam etdiyini bildirən Erakçi deyib:

"ABŞ-da etimad problemi davam edir. Biz əvvəllər razılığa gəldik və onu həyata keçirdik, lakin onlar bunu pozdular. Bu inamsızlıq təkcə gözəl sözlərlə aradan qaldırılmayacaq. Biz praktiki və aydın siyasi yanaşma görmək lazımdır. O zaman qərar verə bilərik”.

Digər tərəfdən İran parlamentinin sədr müavini Həmid Rza Hacıbabayi dövlət televiziyasına verdiyi açıqlamada ölkəsinin ABŞ-a qarşı heç bir düşmənçiliyi olmadığını və ədalətli danışıqlara hazır olduqlarını bildirib.

İran rəsmisi qeyd edib ki, ədalətli olmaq şərti ilə ABŞ-la danışıqlar apara bilərlər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ