Qəzetin yazdığına görə, şirkətlər işçiləri işdən çıxarmağa və ya məcburi ödənişsiz məzuniyyətə göndərməyə başlayır.
Turkustan.az xəbər verir ki, ABŞ-ın xarici yardım proqramlarını dayandırması bütün dünyada müxtəlif layihələrin işinə təsir edib. Bu barədə çərşənbə axşamı New York Times (NYT) məlumat yayıb.
Onun sözlərinə görə, bütün dünyada orqanlar işçilərini ixtisar etməyə və ya onları məcburi ödənişsiz məzuniyyətə göndərməyə başlayır. Qəzet vurğulayır ki, təkcə ABŞ-da bir çoxu Vaşinqton ərazisində yaşayan və ABŞ agentlikləri ilə müqavilələr əsasında işləyən on minlərlə işçi işlərini itirə bilər.
“The New York Times” yazır ki, yeni qərarlar Ukrayna, İordaniya və Tayvan adasına yardımın dayandırılmasına səbəb olacaq. Eyni zamanda, İsrail və Misir üçün hərbi maliyyələşdirmə proqramları davam etdiriləcək. Xarici yardımın maliyyələşdirilməsi proqramlarının davam etdirilməsi, dəyişdirilməsi və ya dayandırılması barədə qərarlar ABŞ Xarici İşlər Naziri tərəfindən aparılan araşdırmanın nəticələrinə əsasən qəbul ediləcək.
Aytən Yaşar/ Turkustan.az