Siyahı dərc olundu: Minlərlə azərbaycanlı və erməni bu ölkədən deportasiya olunur


ABŞ-ın immiqrasiya agentliyi deportasiya təhlükəsi ilə üzləşən bir milyon yarıma yaxın miqrantın siyahısını dərc edib.

Turkustan.az xarici KİV-ə istinadən yazır ki, onların arasında azərbaycanlılar da var.

Siyahıya 2808 erməni, 3103 Türkiyə vətəndaşı, 3518 rus, 1862 ukraynalı və 709 azərbaycanlı daxildir.

Qeyd olunur ki, vətənlərinə göndərilməsi planlaşdırılan ən çox miqrant Latın Amerikası ölkələrinin - Honduras, Qvatemala, Meksika və El Salvador vətəndaşlarıdır.

Siyahıya həmçinin 37 908 Çin vətəndaşı və 17 940 Hindistan vətəndaşı daxil edilib./publika.az


MANŞET XƏBƏRLƏRİ