İsrailin əsas müxalifət lideri Yair Lapid İsrailin baş naziri Benyamin Netanyahu və hökumətini “ölkəni idarə etməkdə aciz olmaqda” ittiham edib.
Turkustan.az xəbər verir ki, "Gələcək Var" Partiyasının lideri Lapid, X hesabında yazdığı yazıda, Qəzza ətrafındakı bütün israilli köçkünlər geri qayıtmazdan əvvəl Qəzza zolağındakı fələstinlilərin şimala qayıtmasına görə hökuməti tənqid edib.
"Bu hökumətin ölkəni idarə etmək iqtidarında olmamasının ürəkağrıdıcı sübutudur"-deyə, Lapid öz postunda yazıb.
İsrail ordusu 2023-cü il oktyabrın 7-də Qəzza zolağına hücumlara başlayarkən Qəzza zolağı ətrafındakı bir çox kiçik yaşayış məntəqəsində yaşayan on minlərlə israillinin təxliyyə edilməsi əmrini verib.
O vaxtdan bəri israillilər xərcləri İsrail hökuməti tərəfindən qarşılanan otel və qonaq evlərində qalırlar.
Aytən Yaşar/ Turkustan.az