Diqqət! Qonşu ölkədə xəstəlik pik həddə çatdı


Rusiyada yanvar ayında xəstələnmə nisbəti dörd həftə ardıcıl olaraq artıb və bəzi bölgələrdə bir sıra məktəb və uşaq bağçaları müvəqqəti olaraq bağlanıb.

Turkustan.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rospotrebnadzor məlumat yayıb. Terapevt Nadejda Çernışeva “Veçernyaya Moskva” qəzetinə müsahibəsində izah edib ki, tənəffüs yolu infeksiyaların pik həddi hər il yanvarın sonu və fevralın əvvəlində qeydə alınır.

Öz növbəsində immunoloq Vladimir Bolibok aydınlıq gətirib ki, hazırda ölkədə qrip deyil, rinoviruslar üstünlük təşkil edir. Bununla belə, o, donuz qripinin nisbətinin tədricən artdığını qeyd edib ki, bu da xəstəxanaya yerləşdirilənlərin sayının artmasına səbəb olub. Eyni zamanda, koronavirus hazırda kəskin respirator virus infeksiyalarının ümumi sayının 1,5%-dən azını təşkil edir. /musavat.com/


MANŞET XƏBƏRLƏRİ