Con Kennedinin öldürülməsi İsrailin əli ilə olub? - İDDİA


ABŞ-ın keçmiş prezidenti Con Kennedinin öldürülməsinin arxasında İsrailin olması ehtimalı var.

Turkustan.az xəbər verir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Filip Giraldi RT-yə açıqlamasında deyib.

Bildirilir ki, buna səbəb Kennedinin İsrail lobbisini ABŞ-da xarici agent kimi qeydiyyatdan keçməyə məcbur etmək niyyətində olmasıdır.

Giraldi vurğulayıb ki, ABŞ kəşfiyyat xidmətləri ölkədə baş verən bir çox hadisələr barədə susub.

“Bəli, hələ üzə çıxmayan çoxlu oxşar hekayələr var”, - deyə o yekunlaşdırıb.

Xatırladaq ki,Donald Tramp ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qətli ilə bağlı sənədlərin məxfiliyinin açılması haqqında sərəncam imzalayıb./publika.az


MANŞET XƏBƏRLƏRİ