Rusiyadan Əsədsiz Suriyaya ilk səfər: Heyət Dəməşqə çatdı


Bu, Bəşər Əsədin ötən ilin dekabrında Suriya prezidenti vəzifəsindən istefa verərək ölkəni tərk etməsindən sonra Rusiya rəsmilərinin Dəməşqə ilk səfəridir.

Turkustan.az xəbər verir ki, Rusiyanın Ria xəbər agentliyinin məlumatına görə, Rusiya nümayəndə heyəti Dəməşqə çatıb.

Heyətə Rusiya prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev və Putinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi və xarici işlər nazirinin müavini Mixail Boqdanov daxildir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ