Fransa səfirliyinə hücum edildi: Yanğın başladı


Fransanın xarici işlər naziri Jan-Noel Barrot bu gün səhər saatlarında Konqo Demokratik Respublikasının paytaxtı Kinşasadakı Fransa səfirliyinə hücum edildiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Fransa şəxsi heyətinin təhlükəsizliyi üçün tədbirlər görəcəyini açıqlayıb.

Səfirlik binasının qısa müddət ərzində alov aldığını, lakin yanğının nəzarət altına alındığını bildirən Barrot, "Bu hücumlar qəbuledilməzdir. İşçilərimizin və vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün hər şey edilir" deyib.

Konqo Demokratik Respublikasının kommunikasiya naziri Patrik Muyaya polisin paytaxt Kinşasada nəzarəti bərpa etdiyini və nümayişçilərin hədəf aldığı səfirliklərdə təhlükəsizliyi artırdığını bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ