ABŞ Dövlət Departamenti bütün xarici yardımları dayandırdı


ABŞ Dövlət Departamentindən verilən açıqlamada, mövcud bütün xarici yardımların dayandırıldığı bildirilib.

Turkustan.az xəbər verir ki, açıqlamada, yardımların nəzərdən keçirilməsi və tənzimlənməsinin "mənəvi bir öhdəlik" olduğu ifadə edilərək, xərclərin Amerika xalqının xeyrinə olması lazım olduğu vurğulanıb.

Açıqlamada xarici ölkələrə ödənişlərin kəsilməsinin bu yardım proqramlarının effektivliyini və ABŞ-ın xarici siyasətinə uyğunluğunu qiymətləndirmək üçün edildiyi bildirilib.

Bildirək ki, ABŞ-ın xarici inkişaf yardımı digər ölkələrə iqtisadi, sosial, texniki və humanitar yardımları əhatə edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ