Belarusda seçicilərin 50 %-dən çoxu prezident seçkisində səs verib, seçki baş tutub.
Turkustan.az xəbər verir ki, bu barədə respublikanın Mərkəzi Seçki Komissiyası (MSK) xəbər verib.
Son məlumata görə, seçici iştirakı 56,64 % təşkil edib.
Qeyd edək ki, yanvarın 26-da Belarusda prezident seçkiləri keçirilir. Seçki məntəqələri saat 8:00-dan 20:00-dək fəaliyyət göstərəcək./publika.az