Meksika hökuməti tərəfindən imtinanın səbəbləri hələlik aydınlaşdırılmayıb.
Turkustan.az xəbər verir ki, Meksika ABŞ hərbi təyyarəsinin eniş icazəsini rədd edərək, ABŞ prezidenti Donald Tramp administrasiyasının sənədsiz miqrantları deportasiya etmək planlarını müvəqqəti olaraq əngəlləyib. Bu barədə NBC News məlumat yayıb .
Deportasiya edilmiş miqrantları daşıyan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki C-17 təyyarəsi hər biri təxminən 80 nəfərlə Qvatemalaya yola düşüb. Meksikaya planlaşdırılan üçüncü reys heç havaya qalxmayıb. Meksika hökumətinin imtinasının səbəbləri hələlik dəqiqləşdirilməyib.
Meksika hökuməti ABŞ-ın birtərəfli tədbirlərinə, o cümlədən miqrantların ABŞ-dan sığınacaq tələblərinin qonşu ölkədə baxılmasını gözləmələrini tələb edən “Meksikada qal” siyasətinin bərpasına qarşı olduğunu bildirib.
Bildirək ki, yanvarın 20-də Tramp ABŞ-ın Meksika ilə sərhədində fövqəladə vəziyyət rejiminin tətbiqi haqqında fərman imzalayıb. Amerika lideri bildirib ki, bu, ölkəyə qeyri-qanuni miqrantların “fəlakətli işğalını dəf etmək” üçün cənub sərhədinə qoşun göndərməyə imkan verəcək. Əvvəllər respublikaçı dəfələrlə immiqrasiya siyasətinin sərtləşdirilməsinin və qeyri-qanuni miqrantların məcburi deportasiyasının lehinə çıxış edib.
Aytən Yaşar/ Turkustan.az