Putin: Tramp 2020-ci ildə qalib gəlsəydi, müharibə olmazdı


Rusiya prezidenti Vladimir Putin Rusiya televiziya kanalına verdiyi çıxışında ABŞ prezidenti Donald Tramp və Ukrayna müharibəsi ilə bağlı açıqlamalar verib.

Turkustan.az xəbər verir ki,Putin: "Trampın 2020-ci ildəki seçki qələbəsi oğurlanmasaydı, bəlkə də Ukrayna müharibəsi başlamazdı. Biz ABŞ administrasiyası ilə dialoqdan imtina etmirik"-deyə, bildirib.

Putin: "Rusiya ABŞ administrasiyası ilə əlaqəni heç vaxt rədd etməyib. Əvvəlki ABŞ administrasiyası əlaqəni rədd edib. Digər tərəfdən, şübhələr var ki, Trampın Rusiyaya tətbiq edəcəyi sanksiyalar ABŞ iqtisadiyyatına da zərər verə bilər. Donald Tramp çox ağıllı və praqmatik bir insandır, onun ABŞ iqtisadiyyatına faydası olmayacaq bir addım atacağını düşünmürəm”-deyə, əlavə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ