Hizbullah bəyan edib ki, İsrailin Livanın cənubundan çıxarılmasının hər hansı bir gecikməsi atəşkəs razılaşmasının "açıq-aşkar pozulması" kimi qiymətləndiriləcək.
Turkustan.az xəbər verir ki, Hizbullah tərəfindən edilən yazılı açıqlamada Livan səlahiyyətlilərindən razılaşmanın tam və hərtərəfli həyata keçirilməsi üçün müqavilənin qarantlarına təzyiq göstərməyə çağırılıb.
Hizbullah bəyanatında İsrailin Livan ərazisindən son olaraq geri çəkilməsi üçün nəzərdə tutulan 60 günlük müddətin demək olar ki, başa çatdığı bildirilib və geri çəkilmənin atəşkəs razılaşmasında göstərilən maddələrə uyğun olaraq tam və əhatəli şəkildə həyata keçirilməsinin vacibliyi vurğulanıb.
İsrailin dövlət televiziyası KAN-da yer alan xəbərə görə, Livanla noyabrın 27-də qüvvəyə minən atəşkəs razılaşması çərçivəsində ordusunun bu ölkədən çıxarılmasından bir neçə gün əvvəl İsrail ABŞ-dan müddəti uzatmaq üçün əlavə vaxt istəyib.
Aytən Yaşar/ Turkustan.az