Tramp fərmanı imzaladı: Kennedinin sui-qəsd sənədləri açıqlanacaq


ABŞ prezidenti Tramp Ağ Evdə keçirdiyi imzalanma mərasimində Kennedinin qətli ilə bağlı sənədlərin üzərindəki məxfilik pərdəsini aradan qaldırmaq üçün addım atıb.

Turkustan.az xəbər verir ki, Tramp keçmiş prezident Con Kennedinin öldürülməsi ilə bağlı məxfi sənədlərin ictimaiyyətə açıqlanmasını nəzərdə tutan prezident fərmanı imzalayıb.

Trampın imzaladığı prezident fərmanında Kennedi, onun qardaşı Robert Kennedi və Martin Lüter Kinqin qətli ilə bağlı bütün sənədlərin ictimaiyyətə açıqlanması nəzərdə tutulur.

Eyni imzalanma mərasimində Tramp həmçinin süni intellektlə bağlı iki fərman, “Elm və Texnologiya Məsləhət Şurasının yaradılması haqqında” fərman, kriptovalyutalar üzrə işçi bölmənin yaradılması haqqında fərman və bəzi abort əleyhinə etirazçıların əfv edilməsi haqqında fərman imzalayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ