İsrail Livandan geri çəkilməyəcəyini açıqladı


İsrailin baş nazirliyi ordunun Livanın cənubundan çıxarılması ilə bağlı bəyanat yayıb.

Turkustan.az xəbər verir ki, İsrail Ordusu Livanın noyabrın 27-də qüvvəyə minən atəşkəs razılaşmasının şərtlərinin yerinə yetirmədiyini səbəb göstərərək, yanvarın 26-da tam geri çəkilməni başa çatdıra bilməyəcəyini açıqlayıb.

Açıqlamada, Livanla əldə olunan atəşkəs razılaşmasına əsasən, İsrail ordusunun 60 gün ərzində bu ölkədən çıxarılmasının “nəzərdə tutulduğu” və daha çox vaxt aparacağı təqdirdə bu prosesin bu şəkildə razılaşmaya köçürüldüyü qeyd edilib.

Bəyanatda İsrail ordusunun Livanın cənubundan çıxarılmasının Livan ordusunun orada yerləşdirilməsinə və Hizbullahın Litani çayının şimalına çəkilməsinə şərt qoyulduğu və atəşkəs razılaşmasının Livan dövləti tərəfindən tam olaraq qüvvəyə minmədiyi iddia edilib.

Burada həmçinin qeyd olunub ki, İsrail ordusunun mərhələli şəkildə geri çəkilməsi prosesi ABŞ ilə tam koordinasiyada həyata keçiriləcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ